Müğənni Afaq Aslan qalmaqala səbəb olacaq açıqlama verib.
Lent.az-a açıqlama verən ifaçı bildirib ki, indi şou-biznesdə omba əməliyyatı etdirmək üçün müğənnilər, rəqqasələr bəhsə giriblər: “Əvvəllər müğənnilər yeni mahnı yazdıran kimi verilişlərə çıxırdılar. İndi kimsə sinə və yaxud da omba qoyduran kimi, efirə çıxırlar. Bu yolla da özlərini reklam edirlər. Əvvəllər sənət davası edirdilər ki, kim yaxşı oxuyur. İndi omba yarışı gedir. Hərəsi ombasını böyütdürüb efirə çıxır ki, görək kimdə yekədir. Zamanında açıq-saçıq şəkillərimə görə məni tənqid edirdilər, indi hamısı soyunur”.