Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyeva ona yazılan tənqidi şərhlərdən danışıb. Lent.az-ın məlumatına görə, “Bizimləsən” verilişində qonaq olan “Toppuş bacı” bildirib ki, çətin günlərdən danışaraq göz yaşı töküb:
“Mən yaşadığımı hər kəs anlamaz. Efirdə ağlayanda, göz yaşı tökəndə, yardım istəyəndə hamı məni qınadı. Amma yaxşı ki, mən heç kəsə cavab vermədim. Qarşınızdayam, bunun üçün cavab vermədim. Məni çox əzdilər. Amma heç kimə mən pis söz demədim. Təhqirlər yazılar mənə. Mən bilirdim ki, bu günlər məni gözləyir. Saçım, qaşım, kirpiyim getdi, amma mən bu gün xoşbəxtəm. Çünki bu çətin günlərdə özümə dostlar qazandım. İnsanları bilmədən mühakimə etməyin. Bəzi insanlar mənə yazdılar ki, əvvəl səni qınayırdıq, amma saçınızı keçəl qırxdırandan sonra o sözlərə görə vicdan əzabı çəkdik. Məni qınadıqlarına görə peşman olanlar var”.
Qeyd edək ki, Tünzalə uşaqlıq yolu xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl sağaldığını demişdi. Son günlər isə aktrisa xəstəliyin qayıtdığını, şişin boğazına qədər yayıldığını söyləyib.