Bir neçə il öncə boşandığını açıqlayan müğənni Lətifə Soyuöz kişilərin ona hədiyyələr göndərməsindən danışıb.
Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində bildirib ki, hədiyyəni yalnız sevdiyi şəxsdən qəbul edə bilər: “Dəfələrlə mənə brilliantlar, qızıl telefonlar bağışlamaq istəyiblər. Onların bir maşın qədər dəyəri var. Amma mən bu təkliflərə razı olmamışam. Hədiyyələri niyə götürməmişəm? Həyatımda bir kişi olarsa, hədiyyəni tək ondan götürərəm. Hədiyyəni kimdənsə qəbul etdinsə, nəyəsə boyun olursan. Mükafatı qəbul etdinsə, arxasında dayanmalısan. Mən də bacarmadığım bir işi edə bilmərəm. Sevməliyem. Mənim üçün sevdiyim şəxsin varlı olması önəmli deyil. Əsas olan mənə verdiyi dəyərdi”.
İfaçı açıq-saçıq geyimlərinə görə onu tənqid edənlərdən də söz açıb: “Bir az qısa geyinən kimi deyirlər ki, özünə kişi axtarır. Amma mən axtarmıram. Özləri gəlirlər, təklif edirlər, gedirlər. Hər şeyimin arxasında ailəm durur”.
Qeyd edək ki, Lətifə türkiyəli bir bəylə evli olub, boşanıb. Onların bu evlilikdən bir oğlu var.