
Bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri Ramil Usubovun sədrliyi ilə bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.
APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən danışan rektor Elçin Babayev uzun müddətdir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasına sədrlik edən Ramil Usubova təşəkkür edib və yeni təyinatı münasibətilə BDU kollektivinin təbriklərini çatdırıb.
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Hüquq fakültəsinin professor-müəllim heyətini salamlayıb və yetişdirdikləri yüksəkixtisaslı kadrlara görə təşəkkür edib. Bildirib ki, Yekun Dövlət Attestasiya Komissiyasının sədri olduğu bu illər ərzində onlarla əlaçı tələbə daxili işlər orqanlarında müvafiq işlərlə təmin edilib.
Müdafiədə Cinayət hüququ, Cinayət prosesi, İnsan hüquqları, Dövlət və hüquq nəzəriyyəsi və tarixi, Mülki hüquq, Mülki proses və kommersiya hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedraları üzrə yerinə yetirilmiş işlər təqdim olunub. Ümumilikdə 30 nəfər bakalavr müdafiə edib, onlardan 26 nəfər “əla”, 4 nəfər isə “çox yaxşı” qiymətlərinə layiq görülüblər.
Təhlükəsizlik Şurasının katibi Ramil Usubov müdafiəyə buraxılan işlər haqqında müsbət fikirlərini söyləyib, bakalavrların hazırlığından məmnunluq ifadə edib.
Oxşar yazılar

Şəmkirdə külək məktəbin damını apardı
7 aprel 2025 , 13:42
Samuxda DƏHŞƏT: yeniyetmə qız qollarını kəsib, dərman içdi
7 aprel 2025 , 13:02
Xaçmazda ŞOK CİNAYƏT: Qısqanc molla arvadını boğub öldürdü - TƏFƏRRÜAT
7 aprel 2025 , 12:16
Naxçıvanda FACİƏ: 39 yaşlı kişi intihar etdi
7 aprel 2025 , 12:11Bakıda DƏHŞƏT: gənc qız körpüdən özünü atmaq istədi
7 aprel 2025 , 12:06
Mövqelərimiz müxtəlif istiqamətlərdən intensiv ATƏŞƏ TUTULDU
7 aprel 2025 , 11:53Bakıda 53 evin qaz sayğacını oğurlayan şəxslər saxlanılıb
7 aprel 2025 , 11:44
Bakıda FACİƏ: 24 yaşlı oğlan hamamda boğulub öldü
7 aprel 2025 , 11:24