220
15:50
20 İyun 2019

"Sərəncamlar aztəminatlı ailələrin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq" - Əli Əhmədov

"Dövlət sektotunda çalışanlarla yanaşı , özəl sektorda da çalışanlar üçün də minimum əməkhaqqına uyğun olaraq, əməkhaqqının artırılması nəzərdə tutulur. Bu yaxınlarda Prezident Ilham Əliyevin sərəncamları ilə ölkədə minimum əməkhaqqının, pensiyanın, dövlət qurumlarında.çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanıb. Bu yaxınlarda minimum pensiyanın həddinin müəyyən olunması ilə bağlı sərəncam imzalanacaq”.
APA -nın məlumatına görə, bunu Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov hesab edir ki, bu sərəncamlar aztəminatlı ailələrin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına çox ciddi kömək edəcək.
Baş nazirin müavini deyib ki, 2019-cu ilin yarım ili ərzində minimum əməkhaqqı iki dəfə artırılıb: “Ayrı-ayrı dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının təxminən 40 faiz artırılması barədə də sərəncamlar imzalanıb. Beləliklə, 100 minlərlə əməkhaqqının bu sənədlərlə artırılması nəzərdə tutulub. Minimum əməkhaqqının artırılması vahid əməkhaqqı cədvəlinə uyğun olaraq, digər işçilərin də əməkhaqlarının artımların olmasını avtomatik təmin edəcək və yüz minlərlə Azərbaycan vətəndaşlarının həyatlarını yaxşılaşdıra biləcək".
Ə.Əhmədov deyib ki, Azərbaycanda həyata keçirilən islahatlar dövlət büdcəsinə vəsaitlərin artımını təmin edib. Bunun nəticəsində Azərbaycan vətəndaşları üçün çox ciddi sosial paketlər qəbul edilib.
Baş nazirin müavini bildirib ki, yaxın zamanlarda insanların bu paketlərin faydasını görəcəklər: “Azərbaycan vətəndaşlarının sosial rifahının artımı bundan sonra da davam etdiriləcək. Ölkənin iqtisadi imkanları artıqca, dövlət büdcəsinə daxil olan vəsaitlər artıqca insanların rifahının yüksəldilməsi üçün addımlar atılacaq. Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatımızı gücləndirir. Bu ilin ilk aylarında Azərbaycanın Ümumi Daxili Məhsulu xeyli artıb, ölkənin maliyyə imkanları artıb. Azərbaycan vətəndaşları bu artımdan faydalanacaqlar. Azərbaycan hökuməti üçün vətəndaşlarının rifahının yüksəlməsindən ali məqsəd yoxdur".