Hamilələrin çoxu qeydiyyat dövründə Moskva, Dağıstan və Bakıya göndərilirlər - Qusar Rayon Mərkəzi Xəstəxanası
01 iyun 2019 12:30 (UTC +04:00)

Hamilələrin çoxu qeydiyyat dövründə Moskva, Dağıstan və Bakıya göndərilirlər - Qusar Rayon Mərkəzi Xəstəxanası

"Qusar Rayon Mərkəzi Xəstəxanasında yanvar ayından bu günə qədər 727 hamilə qadın qeydiyyatdadır".
 
ONA-nın xəbərinə görə, bunu Qusar Rayon Mərkəzi Xəstəxanası APM Qadın Məsləhətxanasının müdiri Təranə Şinğarova deyib. O bildirib ki, hamilələrin çoxu qeydiyyat dövründə burda qalmır, onları Moskvaya, Dağıstana və Bakıya göndərilirlər: “Qusar rayon üzrə yanvar ayında 66 təbii doğuş, 12 qeysəriyyə, fevralda təbii doğuş 52, qeysəriyyə 9, martda təbii doğuş 62, qeysəriyyə 9, apreldə təbii doğuş 59, qeysəriyyə 9, may təbii doğuş 80, qeysəriyyə 10 nəfər olub".
 
O bildirib ki, cari ilin 5 ayında 7 abort olub.
 
Xatırladaq ki, may ayının 25-26-da kəskin hava şəraiti ilə əlaqədar rayon ərazisində elektrik enerjisinin verilişi 22 saata yaxın dayanıb. Bu zaman ərzində Qusar Rayon Mərkəzi Xəstəxanasında alternativ enerji mənbələrindən istifadə edilib. Həmin dövrdə 4 doğum və bir sıra digər cərrahi əməliyyatlar həyata keçirilib. Doğum zamanı 3 oğlan bir qız dünyaya gəlib. Ana və uşaqların ümumi vəziyyəti yaxşıdır.
 
1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar həmin uşaqların valideynlərinə doğum haqqında şəhadətnamələri təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar