54 yaşlı qadın özünü qatarın altına atdı - <span style="color:red;">BAKI METROSUNDA DƏHŞƏT  - <span style="color:red;">YENİLƏNİB
31 may 2019 10:10 (UTC +04:00)

54 yaşlı qadın özünü qatarın altına atdı - BAKI METROSUNDA DƏHŞƏT - YENİLƏNİB

Bakı metrosunda intihar edən qadının kimliyi məlum olub.
 
"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az-a bildirib ki, metroda intihar edən 54 yaşlı Asya Əmirovadır:
 
"Vəziyyəti yaxşıdır, sadəcə ayağında axsama var. Hazırda həkimlər hadisə yerində ona yardım edirlər".
 
09:59
 
 "Bakı Metropoliteni"nin "28 May" stansiyasında qadın intihar edib.
 
Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 09:35-də baş verib.
 
Belə ki, qadın özünü "Həzi Aslanov" stansiyasından "28 May"a gələn qatarın altına atıb. 
 
"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
 
Bildirib ki. qatarların hərəkət istiqamətində fasilə yaranıb: "Hazırda hərəkət bərpa olunub. Hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək".
# 1019
avatar

Səlcuq Elçin

Oxşar yazılar