
Həmsədrlər Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdü
0
0
Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüblər. ONA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İB-nın rəhbəri Tural Gəncəliyev və icmanın idarə heyətinin üzvləri iştirak edib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.
0
0