
“Həkim dedi ki, artıq beynin qanayır" - Firəngiz Mütəllimova
Xalq artisti Firəngiz Mütəllimova “Şou ATV” proqramında qonaq olub.
Lent.az xəbər verir ki, sənətçi beyin əməliyyatı keçirməmişdən öncə yaşadıqlarından söz açıb:
“Mənə söyləmişdilər ki, tam yaddaşını itirə, arabaya məhkum ola, hərəkətsiz qala bilərsən. Ən böyük riskə gedib, əməliyyat olunmalıydım. Beynimdən şişi götürəcəkləri aparat da yox idi. Qardaşım təzə ürək əməliyyatı olunmuşdu.Yaşar Nuri, Telman Adıgözəlov rəhmətə getdi. Stress yaşadım. Qərar verməli idim ki, ya qalmalıyam, ya getməliyəm. Həkim dedi ki, üç saatdan sonra da ölə bilərsən, 80 yaşında da, buna zəmanət vermirəm, artıq beynin qanayır. Aktrisanın səhnəyə son dəfə çıxışı nə deməkdir? Mənə elə güllər gətirib qoyurdular. Amma heç biri gözümdə deyildi. Səhnəyə, zala döndüm elə baxdım ki, onu heç kim hiss etmədi. Fikirləşdim ki, görəsən, mən bir də nəinki teatra, Azərbaycana qayıda biləcəyəmmi? Allah özü mənə elə yol açdı ki, türkiyəli həkim dedi ki, onun əməliyyat pulunu götürmürəm. Bu əməliyyat çox bahadır. Bütün hər şeyi ödədik, həkimə çatan pulu ödəmədik, istəmədi. Gələndən iki ay sonra açıqlama verdim. Bəziləri dedi ki, şou edir. Həkim dedi əlini qaldır, qaldırdım, amma ayaqlarım tərpənmədi. Həkimə dedim ki, narahat olmayın, mən yeriyəcəm”.
Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10
Memar sevgilisi ilə barışan aktrisanın dənizdə romantik anları
27 iyun 2025 , 12:42