![[b]“Meydan TV”-nin daha 3 əməkdaşının ölkədən çıxışına qadağa ləğv edildi[/b]](https://lent.az/storage/news/2019/may/08/big/8abda11444f6f7d4545ac5edf8a985a4.jpg)
[b]“Meydan TV”-nin daha 3 əməkdaşının ölkədən çıxışına qadağa ləğv edildi[/b]
"Meydan TV" ilə bağlı daha 3 jurnalistin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
Qadağası ləğv olunanlardan biri, jurnalist Aytac Əhmədova ONA-ya bildirib ki, mayın 7-də onların ölkəni tərk etmək qadağası götürülüb. Bu barədə onlara Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov məlumat verib.
A.Əhmədova ilə yanaşı, Tural Əsədi və Aytən Fərhadovanın da sərhəd qadağası ləğv edilib. A.Əhmədova əlavə edib ki, bu qadağa onlara 2015-ci ildə “Meydan TV” ilə başlanmış cinayət işində şahid qismində dindirildiklərinə görə tətbiq edilib. O qadağanın götürülməsinə görə çox şad olduğunu, amma ölkədən getmək fikrində olmadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl jurnalistlər Aynur Elgünəş, İzolda Ağayeva, Natiq Cavadlı, Səlimə Cəlilova və yazıçı Rasim Qaracanın ölkədən çıxışına qoyulan qadağa götürülmüşdü.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45