
Fuad Muradov Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb
Gürcüstan parlamentinin Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri diasporla iş üzrə dövlət komitəsində olublar.
Diasporla iş üzrə Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, görüşdə Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament Dostluq qrupunun sədri Zviad Dzidziquri, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Aqrar məsələlər üzrə Komitə sədrinin birinci müavini, dostluq qrupunun üzvü Gela Samxarauli, Diaspor və Qafqaz məsələləri Komitəsinin və dostluq qrupunun üzvü Mahir Dərziyev, Xarici əlaqələr Komitəsinin və dostluq qrupunun üzvü Ramaz Nikolaişvili, Gürcüstan Parlamentinin beynəlxalq münasibətlər idarəsinin parlamentlərarası əlaqələr şöbəsinin müdiri Ann Marcanidze, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, millət vəkili Əflatun Amaşov iştirak ediblər.
Komitə sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyi və inkişafından danışıb. Zviad Dzidziquri səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib və Azərbaycanla Gürcüstan arasında sosial-mədəni sahədə əməkdaşlıq barədə geniş fikirlərini bölüşərək, iki olkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Səmimi keçən görüşdə Azərbaycan və Gürcüstan diasporunun qarşılıqlı əməkdaşlığından, parlamentlərarası əlaqələrin möhkəmliyindən və diaspor fəaliyyəti ilə bağlı görülən işlər barədə ətraflı müzakirə aparılıb. Müzakirələrdə müxtəlif layihələrlə bağlı təkliflər səsləndirilib və bunların həyata keçirilməsində işçi qrupunun rolu diqqətə çatdırılıb.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48