![[b] "Azadlığa çıxmağım mənim üçün bir şansdır" - həbsdən çıxan sabiq idarə rəisi - FOTO[/b]](https://lent.az/storage/news/2019/may/04/big/e3bb63722479327a8bc3e09ee14ff496.jpg)
[b] "Azadlığa çıxmağım mənim üçün bir şansdır" - həbsdən çıxan sabiq idarə rəisi - FOTO[/b]
“Azadlığa buraxılmağıma görə, bir hərbçi kimi Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
Bunu ONA-ya eksklüziv açıqlamasında bu gün azadlığa buraxılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Nəqliyyat Təhlükəsizliyi İdarəsinin rəisi Akif Əliyev deyib.
O, azadlığa çıxdığı üçün sevincli olduğunu dilə gətirib: “Azadlığım mənim üçün dövlətimə xidmət etmək naminə bir şansdır. Mən hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olmuşam və dövlət maraqlarını hər şeydən üstün tutmuşam".
A.Əliyev həbsdən çıxan kimi vəkili Anar Qasımlı ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət edib.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmə A. Əliyevin cəzasını 5 ildən 3 il 6 aya endirib. Cəza müddəti başa çatdığı üçün o, bu gün azadlığa buraxılıb. A. Əliyev keçmiş MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, A. Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48