Poroşenko Ukrayna prezident seçkilərində uduzduğunu ETİRAF ETDİ - CANLI YAYIM
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə dair ilk rəsmi nəticələri açıqlayıb.
Yekun protokolların 1% yoxlanıldıqdan sonra prezidentliyə namizəd Vladinir Zelenskiy 69,26% səs toplayıb, onun rəqibi Pyotr Poroşenko – 28,33%.
23:14
Petr Poroşenko Ukrayna prezident seçkilərində uduzduğunu etiraf edib.
O, bildirib ki, buna baxmayaraq siyasətdən getməyəcək.
Poroşenkonun dediklərinə görə, o Ukraynanın NATO və Aİ yolunda atdığı addımlarını müdafiə edəcək.
Poroşenko həm də öz komandasını heç vaxt təslim olmamağa çağırıb.
21:27
Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.
Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası isə yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək.
(AZƏRTAC)
1202