
Facebook özünün səsli köməkçisini yaradır
CNBC saytının mənbələri Facebook şirkətinin Alexa, Siri və Google Assistant kimi səsli köməkçilər ilə rəqabət aparmaq planlarından danışıblar.
Lent.az technote-a istinadla xəbər verir ki, Facebook şirkətinin özünün səsli köməkçisi üzərində çalışması barəsində məlumat hələ 2017-ci ildə yayılmışdı.
Ortaya çıxmış yeni məlumata əsasən Facebook şirkətinin səsli köməkçisi üzərində şirkətin uzunmüddətli texniki layihələri və cihazları ilə məşğul olan şöbə 2018-ci ildən bəri çalışır. Həmin şöbə həmçinin Oculu VR eynəkləri ilə də məşğul olur. Şikrətin bu layihəsinə AR/VR ilə Facebook Assistant şöbələrinin rəhbəri Ira Snyder rəhbərlik edir.
Facebook şirkəti özünün səsli köməkçisini öz istehsalı olan Portal adlı smart ekranlarında, Oculus VR eynəklərində və ya gələcəkdə olacaq digər layihələrində istifadə edə bilər. Qeyd etmək lazımdır ki, şirkət hələ 2015-ci ildə Facebook Messenger üçün süni zəka texnologiyası əsasında çalışmış M adlı virtual köməkçini istifadəyə vermişdi. Lakin 2018-ci ilin yanvar ayında şirkət həmin layihəni bağlamışdı
Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48