417
18:13
05 Aprel 2019

Əliyev-Putin-Ruhani görüşü avqustun 14-də keçirilə bilər

"Rusiya, İran, Azərbaycan üçtərəfli formatı çox yaxşı təşəbbüsdür".
ONA -nın Moskva müxbirinin xəbərin görə, bu sözləri Moskvada jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, ilk sammit Bakıda, daha sonra Tehranda olub.
“Bu format 3 ölkə arasında dəhlizin yaranmasına imkan yaradır. Bu, elə layihədir ki, burada hamı qalib çıxır, hamı bunda maraqlıdır. Bəzi suallar var və bunlar hamısı müzakirə mövzudur. Rusiyada keçiriləcək növbəti sammitə gəldikdə, biz bununla bağlı rəsmi müraciət almışıq. Əvvəl görüşün avqustun 15-i, sonra isə 14-ü olacağı deyildi. Bizim nə cavab verdiyimizi qayıdanda dəqiqləşdirməliyəm”, - deyə nazir qeyd edib.