396
19:52
28 Mart 2019

"Qalatasaray"ın oyunçusu xəstəxanaya yerləşdirildi

İstanbulun “Qalatasaray” futbol klubunun seneqallı hücumçusu Mbaye Diaqne zədələnib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Seneqal və Mali milliləri arasında baş tutan görüşün 59-cu dəqiqəsində çiyinindən zədələnərək stadionu xərəkdə tərk edib. Mbaye Diaqne zədə səbəbindən xəstəxanaya yerləşdirilib.
Mbaye Diaqne cari mövsümün qış transfer pəncərəsində “Kasımpaşa” klubundan İstanbul təmsilçisinə keçib. Hücumçu cari mövsümdə Türkiyə Superliqasında 22 oyunda 23 qol vurub və 3 məhsuldar ötürmə edib. Diaqne bu nəticə ilə cari mövsümdə Superliqanın ən çox qol vuran oyunçusudur.
Qeyd edək ki, “Qalatasaray”ın digər hücumçusu Konstantinos Mitroqluda Yunanıstan millisinin Lixtenşteynlə görüşünün 23-cü dəqiqəsində zədələnib.