298
14:13
28 Mart 2019

Futzalçılaımız ilk oyunda məğlub oldu

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası Kiprlə qarşılaşıb. Bu barədə Lent.az -a AFFA-dan bildirilib.
Məlumata görə, Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda rəqib 7:1 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Hüseyn Qarayev fərqlənib. Qrupda keçirilmiş digər oyunda isə Hollandiya futzalçıları Sloveniya yığmasını məğlub edib - 5:4.
Yığmamız qrupda növbəti oyununu martın 28-də, saat 19:30-da Hollandiya komandasına qarşı keçirəcək. Oyunu Damian Jaruchievicz (Polşa), Marko Rothenfluh (İsveçrə) və Yuri Neverov (Rusiya) idarə edəcək.