676
16:45
22 Mart 2019

Məlahət Abbasovanın verilişi BU KANALDA yayımlanacaq

Məlahət Abbasovanın “Məlahətli söhbətlər” proqramı bundan sonra AzTV-də yayımlanacaq.
Əməkdar artist bu barədə “Gün başladı” proqramında məlumat verib.
“Layihəm hazırdır. AzTV-nin yeri mənim üçün çox fərqlidir. Çünki ilk dəfə məni tamaşaçılara təqdim edib. Təkrar doğma kanalıma dönürəm. Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki, iki ölkənin məşhurları bir-birini gəlib, tanısınlar. Onları bura gətirirəm ki, siz də bizim sənətçilərimizi tanıyın”.
O söhbət zamanı sözügedən proqramda qonaq olan sənətçilər ölkəmizə qonorarsız gəldiyini bildirib.
Qeyd edək ki, Abbasova verilişinin yayım vaxtını açıqlamayıb.
(axşam.az)