Gözəl Bayramlı AZADLIQDA - FOTO
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
ONA-nın məlumatına görə, bu cəzaçəkmə müəssisəsindən 25 məhbus azadlığa buraxılıb.
Azadlığa buraxılanlar arasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var. Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.
Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub.
758