420
09:31
28 Fevral 2019

Mətanət əməliyyat olunacaq: “Məni bu kökəldir”

Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirmək niyyətindədir. Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Faydalı saat” verilişində danışıb: "Hərdən deyirəm gedəcəm əməliyyata. Dilim deyir, amma... Gah deyirəm heç vaxt etmərəm. İndi dəbdir, hamı etdirir. Kimi dindirirsən əməliyyata gedib. Xatirə İslam deyir ki, səni özüm aparıb əməliyyatla arıqladacam.Dəfələrlə dietoloq məsləhəti ilə arıqlamağa çalışdım. Məni normaya salırlar, düzgün qidaya başlayıram. Bol su içirəm, sağlam qidalanıram. Onda 30 kiloqram da arıqlamışam. Heç dərim də sallanmayıb. Amma davamlı edə bilmirəm".

Müğənni deyir ki, qayğıları çoxdur:

"Həyatımı toyla qazanıb, yaşayıram. Çörək yerim toydur, amma sənətim də var axı... Evin həm kişisi, həm qadını, eyni zamanda həm anası, həm də atasıyam. İndi də nəvələrim var, iş də stress. Məni stress kökəldir, rejimsiz yaşayıram. Görürəm, elə stressdəyəm ki, canavara dönürəm. Yeməsəm, yata bilmərəm".