Prezident Bakının bu rayonuna 8 milyon ayırdı
24 iyul 2018 18:06 (UTC +04:00)

Prezident Bakının bu rayonuna 8 milyon ayırdı

Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən 46 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Lökbatan–Qızıldaş avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon (yeddi milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Sərəncamda o da qeyd olunub ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

# 382
avatar

Oxşar yazılar