Komitə sədri Almaniyada azərbaycanlılarla görüş keçirilib
14 iyul 2018 11:02 (UTC +04:00)

 Komitə sədri Almaniyada azərbaycanlılarla görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransadan  sonra Almaniyada bir sıra rəsmi görüşlər keçirib.

Komitədən Lent.az-a verilən məlumata görə, , bu ölkədə yaşayan azərbaycanlılarla bir araya gəlib, onlarla müxtəlif mövzularda müzakirələr aparıb.  Komitə sədri əvvəlcə Azərbaycanın Almaniyadakı səfirliyində mərhum prezident Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib. Daha sonra Federal Kansler Aparatının idarə rəisi Matthias Lüttenberglə və Almaniya Daxili İşlər Nazirliyinin Qaçqınlar və Miqrasiya məsələləri üzrə müvəkkili Kristian Klosla müxtəlif mövzularda geniş  müzakirələr aparılıb. Fuad Muradovun  Almaniya səfəri həmçinin azərbaycanlı ailələrlə və orada təhsil alan  gənclərlə keçirilən maraqlı görüşlərlə də yadda qalıb. Azərbaycanlı tələbələrlə həm də işgüzar nahar təşkil edilib. Almaniyanın şərq bölgələrində yaşayan azərbaycanlılar və diaspor təşkilatlarının rəhbərləri ilə  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışılıb. Maraqlı dialoq və müzakirələrlə müşaiyət olunan görüşlərdə azərbaycanlılar onları narahat edən məsələləri dilə gətirib və təkliflərini səsləndiriblər.

Azərbaycan nümayəndə heyəti ölkəmizdən məzun olmuş alman ziyalılarla da görüşüb, onlarla geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov  da iştirak edib.

# 306
avatar

Oxşar yazılar