Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ələvi-Bəktaşi Rəyasət Heyətinin Məsləhət Şurasının üzvü Səlahəddin Özgündüz Azərbaycanda məktəbli forması və hicab ətrafında aparılan müzakirələrə münasibət bildirib.
Lent.az xəbər verir ki, S.Özgündüz çıxışında Azərbaycana qarşı yönələn iddiaları və qərəzli kampaniyaları kəskin tənqid edib:
“Azərbaycanda hicab qadağasının olduğunu iddia edənlər, rədd olun buradan, düşmən agentləri! Bir türk qəhrəmanından erməninin intiqamını almaq istəyirsiniz? Məktəblərdə vahid geyim forması var və təhsildə bundan istifadə olunmalıdır deyib. Məsələnin məğzi bundan ibarətdir. Namusunuza kim əl uzadır?
Namusunuzu ermənilərdən xilas edən kim idi?
Üzümüzü ağ etdi, başımızı dik etdi, Bir milli qəhrəmandan bəhs edirik.
Burada Mustafa Kamala böhtan atmağa cürət edən kimdirsə, orada da hicabı bəhanə edib Qarabağın fatihini qaralayan da elə odur”.