139
13:54
05 İyul 2018

"Erməni lobbisinə ağır zərbələr endirəcəyik" - Komitə sədri

“Erməni lobbisinin xaricdə törədiyi təxribatlardan xəbərdarıq. Bununla bağlı Azərbaycan diasportəşkilatları fəal iş görür”.

APA -nın xəbərinə görə, bunuDiasporla İş üzrə Dövlət Komitəsinin sədriFuad Muradovdeyib. O bildirib ki, Komitə diasportəşkilatları ilə bu məsələ ətrafındaməsləhətləşmələr aparıb: “Türk diasporu və digər türkdilli ölkələrinin diasporları da bu işdə Azərbaycanın yanındadır, birlikdə işlər görülür”.

F. Muradov qeyd edib ki, erməni lobbisi öz çirkin əməllərindən əl çəkməlidir: “Azərbaycan diasporuolaraq yaxın zamanda erməni lobbisinəağır zərbələr endirəcəyik. Azərbaycan diasportəşkilatları istənilən vaxt buna hazırdır” .

APA