40
07:00
04 İyun 2018

ABŞ Konqresində ADR-lə bağlı bəyanatlar verilməkdədir

1 iyun 2018-ci il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının nüfuzlu üzvlərindən olan Mark Midouz (Respublikaçı – Şimali Karolina) Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA -ya verilən xəbərə görə,konqresmen bəyanatda ilk öncə, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırır. Seçkilər vasitəsilə müəyyən edilən dünyəvi hökumətə sahiblənmiş ilk müsəlman çoxluğa malik dövlət olan Azərbaycanın tərəqqiyə, davamlı islahata və əhalisinin yaşayışını yaxşılaşdırmaq istiqamətində səy göstərən dövlətlər üçün daim nümunə olacaqı bəyanatda vurğulanır. Mark Midouz həmçinin, Şimali Karolina əhalisi adından Azərbaycan icmasının həmin ştatda töhfəsini yüksək qiymətləndirir.

Mühüm tarixi mərhələlərdən olan 1918-ci il istiqlal bəyannaməsindən sonra, bolşevik işğalının Azərbaycanın müstəqilliyinə qısa zamanda son qoyduğu bəyanatda bildirilir. Buna baxmayaraq, Azərbaycanın müstəqillik arzusunun heç zaman söndürülə bilinmədiyi və 1991-ci ildə Azərbaycanlıların öz müstəqillik hərəkatını yaratdığı və müvəffəqiyyətlə öz dövlətlərini bəyan etdikləri qeyd olunur. Bəyanatda diqqətə çatdırılır ki, Azərbaycan hər zaman müstəqilliyini yenidən təmin edəndə ABŞ tez bir zamanda Azərbaycanı tanımışdır və qürur duymalıyıq ki, o zamandan davamlı və dəyərli münasibətlər mövcuddur.

Bəyanatda həmçinin, Azərbaycanın terrora qarşı qlobal mübarizədə ən mühüm və əvəzolunmaz müttəfiq, eləcə də ABŞ-la nümunəvi tərəfdaş olduğu diqqətə çatdırılır. Xəzər dənizi bölgəsində və ondan kənar tərəqqinin əldə olunması, ticarət, habelə yaxşı demokratik idarəçilik sahəsində ABŞ və Azərbaycan öhdəliklərinin tamlıqla reallaşdırılması da daxil olmaqla, ikitərəfli əməkdaşlığın dərinləşməsinin səbrsizliklə gözlədiyi konqresmen Midouz tərəfindən vurğulanır. Rusiya və İranla sərhədə malik ölkə kimi AzərbaycanınNATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında üzvlüyünün xüsusilə vacib olduğu bəyanatda bildirilir. Azərbaycanın ABŞ əməliyyatlarının təchizatı üçün ən mühüm nəqliyyat marşrutu kimi formalaşdığı, habelə Azərbaycanın ABŞ-ın Əfqanıstandakı missiyası üçün qüvvələr təmin etməsi vəNATOtəyyarələrininhavaməkanından istifadə etməsinə icazə verməsi təqdir olunur.

Konqresdə üzv olmasından bəri, onun və hər iki partiyanın nümayəndələrinin (Respublikaçılar və Demokratlar nəzərdə tutulur) İsrailə qətiyyətli dəstək məqsədilə birləşdikləri M.Midouz tərəfindən qeyd olunur. Müasir və dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın bu dəyərləri bölüşdüyü və bölgədəki qonşuları arasından seçilərək İsrail ilə güclü və davamlı əlaqələrə malik olduğu xüsusi vurğulanır. Azərbaycanın yüz illərlə tarixə dayanan yəhudi icmasına malik və İsrailin əsas neft təminatçısı olan ölkə kimi qeyd olunması ilə yanaşı, Azərbaycan-İsrail münasibətlərinin və beləliklə Azərbaycan-ABŞ münasibətlərinin daha böyük əməkdaşlıq və qarşılıqlı tərəqqi istiqamətində irəlilələyəcəyi bəyanatda bildirilir.

Bəytanatın sonunda qeyd edilir ki, xüsusilə Amerika ilə yaxın əməkdaşlığın dəyərli və nadir olduğu bölgədə yerləşən müttəfiqlərimizin tarixi dövrlərinin Konqres tərəfindən tanınması olduqca vacibdir. Bununla əlaqədar, Azərbaycanın müstəqilliyinin yüz illiyinin tanındığı və bu münasibətlə təbriklərin çatdırıldığı bəyan edilir.