Bakıda evini yandıran saxlanılıb.
Lent.az xəbər verir ki, paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzili yandıran 47 yaşlı ev sahibi saxlanılıb. Ruhi xəstə olan həmin şəxs əsəb dispanserinə yerləşdirilib.
***
saat 23:34
Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb.
Yanğını şəxsi münaqişə zəminində həmin ünvanda yaşayan şəxsin törətdiyi bildirilir.
Məlumata görə hadisəni törədən şəxs yüngül xəsarət alıb və təcili yardım əməkdaşlarının ilkin tibbi yardım göstərməsindən sonra ərazidən uzaqlaşdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğın söndürülüb, alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
22:04
Bakı şəhəri, Xətai rayonunda, yaşayış binasında yanğın baş verib.
Lent.az xəbər verir ki, yanğının Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində başladığı bildirilir.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Yanğının səbəbi hələ ki, məlum deyil.