![[b]ATƏT PA sədri İlham Əliyevi təbrik etdi[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]ATƏT PA sədri İlham Əliyevi təbrik etdi[/b]
ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan Prezidenti İlham Əliyevi müstəqilliyin 100 ili münasibətilə təbrik edib.
Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycanın müstəqilliyinin 100 illiyi münasibətilə ATƏT-in Parlament Assambleyası adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Azərbaycana və onun xalqına uğur və rifah arzularımı çatdırıram.
Bu fürsətdən istifadə edərək, Azərbaycan Respublikası və ATƏT arasındakı səmərəli əməkdaşlığın davam etdirilməsini arzulayıram. Əmin olun ki, bizim təşkilat əlaqələrimizi daha da möhkəmləndirmək və islahatların genişləndirilməsi, bölgədə sülh və rifaha mane olan çağırışların dəf edilməsi istiqamətində Sizin ölkənizlə sıx işləmək əzmindədir.
Bakıya mart ayındakı səfərim zamanı mənə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48