101
02:18
22 May 2018

WTI neftinin qiyməti 2014-cü ildən etibarən ilk dəfə 72 dolları ötdü

Dünya birjalarında neft bahalaşmaqdadır.

APA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,13% artaraq 72,41 dollar olub.

Beləliklə, WTI markalı neftin 1 barelinin qiyməti 2014- cü ildən etibarən ilk dəfə olaraq 72 dolları ötüb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,9% artaraq 79,22 dollar olub.