113
10:09
08 May 2018

"Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur” - XİN

Dağlıq Qarabağkimi münaqişələr regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxarır. Belə münaqişələrAvropa İttifaqından kənarda baş verir”.

APA -nın məlumatına görə, bunu bu gün Bakıda keçirilənAvropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasındaDağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edənXarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev bildirib.

K. Xasıyev deyib ki,BMTTəhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan torpaqlarının işğalı pislənilib, ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunub: “BMTBaş Assambleyası da bu məsələ ilə bağlı 3 sənəd qəbul edib. Bundan başqa,NATO, İslam Əməkdaşlıq Təşkilatı,Avropa Parlamenti,Avropa ŞurasıParlament Assambleyası, GUAM da eyni mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib, bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır.Dağlıq Qarabağmünaqişəsinin siyasi yolla həlli mümkün olmur”.

K. Xasıyev qeyd edib ki, təmas xəttindəki yaşayış məntəqələri atəşə tutulur, hərbiçilərlə bərabər mülki şəxslər də hədəf olur: “2016-cı ilin aprelində azərbaycanlı uşaqlar da hədəf olub, həyatını itirib”.

APA