Aparıcı Zaur Kamal “5/5” verilişində maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, aparıcı verilişində qayınana-kürəkən münasibətlərindən danışıb: “Məni doğrasalar da, qayınanama "ana" demərəm. Öz anama nə olub ki? Təbii ki, o qayınanadır. Ona “xala” deyirəm”.
Zaurun sözlərinə əməkdar artist Babək Niftəliyev isə “Niyə demirəm, mən deyərəm. O da bir anadır” cavabını verib.