<b>15 yaşında qızını evləndirən müğənni: <span style="color:red;">"Qoymadıq ki, uşaqlar..." </b>
13 aprel 2018 13:08 (UTC +04:00)

15 yaşında qızını evləndirən müğənni: "Qoymadıq ki, uşaqlar..."

Müğənni Zeynəb Dostəliyevanın bir qızının yoldaşı ağır xəstədir. Lent.az-ın məlumatına görə, müğənni bu haqda ARB TV-nin “Sirdaş Rövşanə” proqramında qonaq olarkən deyib.

 

Z. Dostəliyeva bildirib ki, qızını 15 yaşında ərə verib: “Nəvələrimin yolunda canımı da qoyaram. Qızımın yoldaşı ağır xəstəlik tapıb. Mədə xərçəngidir. İndi durum qızımı boşatdırım ki, sən yaramırsan, pul gətirmirsən? Övlada ata lazımdır. Qızım özünü ora-bura vurur. Uşağa deyə bilmərik ki, sənin atan pul qazanmır, istədiklərini ala bilmir. Çünki atasının vaxtında olub, gətirib, amma indi xəstədir. Digər qızımın da ailəsində söz-söhbətlər var. Özümüz verdik. Qoymadıq ki, uşaqlar oxusunlar. Qızlarımı verəndə birinin 15, digərinin də 16 yaşı var idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar