Rəqqasə Fatimə bu məhşurla küsülü imiş: <span style="color:red;">"...qudurur"
29 mart 2018 15:52 (UTC +04:00)

Rəqqasə Fatimə bu məhşurla küsülü imiş: "...qudurur"

 

Rəqqasə Fatimə Fətəliyeva ilə Rahidə Baxışova küsülü imiş. Lent.az-ın məlumatına görə, bu barədə “Hər şey daxil” verilişinin canlı efirinə zəng edən F.Fətəliyeva danışıb:  “Neçə vaxtdır bir sualım ürəyimdə qalıb. Bizim aramızda soyuqluq yaranıb. Bir verilişə gəldim, salamlaşdım, mənə göz süzdürdü. Bəlkə kimsə haqqımda nəsə deyib?”.

Rahidə isə soyuqluğun səbəbkarının Fatimə olduğunu iddia edib: “Könül Kərimovanın qızının toyunda Fatiməni gördüm, əvvəlcə tanımadım. Sonra yaxınlaşıb görüşdüm. Sonra Manaf Ağayevin oğlunun məclisində eyni masada oturduq. Gedib onunla görüşdüm. Amma onun soyuq, kinli baxışlarını hiss edirdim, otura bilmirdim. Yalandan işim olduğunu deyib, məclisdən tez getdim. Gedəndə Fatiməyə yaxınlaşıb görüşmək istəyəndə, üzünü çevirdi. Başqa bir çəkilişdə isə gəlib mənə kinayəli “salam” verdi, eləcə də cavabını aldı. Sonra da dostum Şahinə deyib ki, səninlə çalışan müğənnilər qudurur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455

Oxşar yazılar