[b]Çempionlar Liqasının finalı Nyu-Yorkda keçirilə bilər[/b]
20 oktyabr 2016 22:38 (UTC +04:00)

[b]Çempionlar Liqasının finalı Nyu-Yorkda keçirilə bilər[/b]

“Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da  keçirilə bilər.  Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

 

UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.      

 

“Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq”, - deyə  UEFA prezidenti əlavə edib. 

# 223
avatar

Oxşar yazılar