Rusiya BMT-də Fransanın qətnaməsini blokladı
09 oktyabr 2016 00:48 (UTC +04:00)

Rusiya BMT-də Fransanın qətnaməsini blokladı

Rusiya BMT TŞ-də Fransanın Suriyanın Hələb şəhərində atəşkəsin tətbiq olunması  ilə bağlı qətnaməsini bloklayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, TŞ-nin 11 üzvü sənədi dəstəkləyib, iki nəfər “əleyhinə”, daha iki nəfər isə “bitərəf” olub.

 

BMT TŞ-nin beş üzvündən biri olan Rusiya veto hüququndan istifadə edərək qətnamə layihəsini bloklayıb.  

 

Fransanın təklif etdiyi qətnamə layihəsi bütün tərəflərin dərhal hava zərbələrinə son qoymağı və Hələb üzərindən hərbi təyyarələrin uçuşlarını dayandırmağı tələb edir. Sənəd, həmçinin, Suriyada atəşkəs rejiminin dərhal tətbiq edilməsini və humanitar yardımların təhlükəsiz çatdırılmasının təmin edilməsini, habelə, “Əl-Qaidə” və İŞİD-lə əlaqəli şəxslərin maliyyələşdirilməsinin qarşısının alınmasını tələb edir.   

# 251
avatar

Oxşar yazılar