Cəlal Əliyev vəfat etdi
01 fevral 2016 10:05 (UTC +04:00)

Cəlal Əliyev vəfat etdi

Akademik Cəlal Əliyev vəfat edib.

 

APA-nın məlumatına görə, akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib.

 

C. Əliyev prezident İlham Əliyevin əmisidir

 

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarla monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

 

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

 

Azərbaycan MEA-nın Rəyasət Heyətinin, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Milli Məclisinin deputatı olub.

 

"İstiqlal" ordeni ilə təltif edilib.

# 1247
avatar

Oxşar yazılar