Kişinyovda etirazçılarla polis arasında toqquşma
20 yanvar 2016 20:25 (UTC +04:00)

Kişinyovda etirazçılarla polis arasında toqquşma

Kişinyovda Moldova parlamenti qarşısında etirazçılarla polis arasında toqquşma baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nümayişçilər parlamentin binasına daxil olmağa cəhd göstəriblər.

 

Müxalifət liderlərindən biri etirazçıları deputatların binadan çıxmasına imkan verməməyə çağırıb.

 

Qeyd edək ki, Moldova parlamenti yanvarın 20-də rabitə naziri Pavel Filipin baş nazir postuna namizədliyini və yeni hökumətin tərkibini təsdiqləyib. 

# 278
avatar

Oxşar yazılar