Türkiyəli müğənni Azərbaycanda konsert veəcək
30 noyabr 2015 10:26 (UTC +04:00)

Türkiyəli müğənni Azərbaycanda konsert veəcək

Azərbaycanda fəaliyyət göstərən türkiyəli müğənni Oya Ergün Bakıda “Barok müzikdə aşk” adlı konsert verəcək. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, gecədə onu pianoçu Nərgiz Əliyevanın rəhbərlik etdiyi trio (piano, biolenço ve skripka) müşayiət edəcək. Konsertdə qonaq qismində səhnəyə azərbaycanlı ifaçı İlham Nəzərov çıxacaq.

 

 

Qeyd edək ki, paytaxt məkanlarının birində baş tutacaq konsertin aparıcısı Sevinc Salamovadır. Gecəyə giriş dəvətnaməylədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar