Rusiyanın görkəmli rejissorları Bakıya gələcək
01 sentyabr 2014 11:25 (UTC +04:00)

Rusiyanın görkəmli rejissorları Bakıya gələcək

Sentyabrın 18-dən 23-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçiriləcək rejissor laboratoriyasında iştirak edəcək Rusiya və Azərbaycanın tanınmış teatr rejissorları dəyirmi masalar keçirəcək, ölkəmizin aparıcı teatrlarının tamaşalarına baxaraq müzakirələr aparacaq.

 

Bundan başqa rejissor laboratoriyası çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında səhnə döyüşləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

 

 

 

# 385
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar