Astarada yolda yarış keçirən sürücülər həbs olundu - VİDEO
26 aprel 2024 09:57 (UTC +04:00)

Astarada yolda yarış keçirən sürücülər həbs olundu - VİDEO

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "Toyota" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3978
avatar

Oxşar yazılar