Bakıda binadan yıxılıb ölən körpə anasının qucağından düşübmüş - YENİLƏNİB
26 aprel 2024 15:53 (UTC +04:00)

Bakıda binadan yıxılıb ölən körpə anasının qucağından düşübmüş - YENİLƏNİB

Bakıda ölən körpə anasının qucağından düşübmüş.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağı (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb. Nəticədə o ölüb. 

Körpənin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

***

saat 13:42

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.

# 5526
avatar

Oxşar yazılar