“Hazıra nazir olmaq” nə deməkdir? - Belə yaranıb
20 aprel 2024 19:37 (UTC +04:00)

“Hazıra nazir olmaq” nə deməkdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlənən bir ifadə var -“Hazıra nazir olmaq”.  Adətən iş görmədən çox qazanc əldə edən, başqalarının əməyini öz adına çıxaran adamlar haqqında bu ifadə işlədilir. 

Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin maraqlı tarixçəsindən bəhs edir.

Bu ifadə XX əsrin əvvəllərinə qədər İranda şah rejiminin apardığı siyasətlə bağlıdır. İran şahı kefi istədiyi hər kəsə sarayda nazir statusu verirdi. Çox zaman bu nazirlərin nə iş gördüyü bilinmir, onlardan işlərinə görə hesabat da tələb olunmurdu. Hərdən özlərini gözə soxmaq üçün zəhmətkeş adamların ideyalarını, gördükləri işi öz adlarına çıxarırdılar. Yeyib-içib boş-boş gəzən, havayı yerdən maaş alan bu adamların haqqında sarayda və xalq arasında “hazır-nazir” ifadəsi işlədilirdi.

İllər keçdi, rejim dəyişdi, amma bu ifadə həmin o tarixçəni hələ də yada salmaqdadır. Hər sözdə bir tarix gizlənir, bu sözü boş yerə demirik axı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6388

Oxşar yazılar

Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29