Venesuelada həbsxanadan qaçmaq istəyən məhbuslar sürprizlə qarşılaşıblar.
Lent.az “Dail Mail”ə istinadla bildirir ki, hadisə Marakaybo şəhərində baş verib. 20 məhbus cəzaçəkmə müəssisəsindən qaçmaq üçün tunnel qazıblar. Onlar tuneldən çıxarkən səhv etdiklərini başa düşüblər.
Belə ki, tunelin digər çıxışı sən demə yerli polis idarəsinin binasına çıxıb. Polis onları saxlayıb və həbsxanaya geri qaytarıb.
Onların qaçmaq cəhdi zamanı isə 3 məhbus yüngül xəsarət alıb.