Məşhur aktrisa  zibilliklərdə yemək axtarır
19 aprel 2024 17:06 (UTC +04:00)

Məşhur aktrisa zibilliklərdə yemək axtarır

Dövrünün ən məşhur ulduzlarından biri olan 40 yaşlı Loni Uillison zirvədən uçurumlara yuvarlanan məşhurlardandır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Loninin evi indi Los-Ancelesin zibillikləridir. Keçmiş aktrisa və model indi zibillikdən köhnə paltarlar tapıb geyinir, ordan tapdığı tullantı ərzaqlarla qidalanır. Loninin bu günə düşməsinə əri səbəb olub.

Əslində, Loni Uillisonun həyatı bir eşq uğrunda puç olub.

Ulduzu parlamağa başladığı dövrdə məşhur olan aktyor Ceremi Ceksona aşiq olub və onunla evlənib.  Onun kənardan xoşbəxt görünən həyatı bağlı qapılar arxasında cəhənnəmə çevrilib. 

Əri onu döyməyə, psixi zorakılıq tətbiq etməyə başlayıb. Bu şiddət nəticəsində Loninin psixologiyası pozulub, ruhi xəstəlikdən qorunmaq üçün narkotik maddələrdən mədət uman model beləcə narkomana çevrilib.

Əri qorxutduğu üçün model polisə müraciət etməkdən çəkinib. Ağlını itirməzdən öncə peşmanlığını dilə gətirərək, “kaş ki, ondan polisə şikayət edəydim” demişdi.

Aktrisalıqdan sonra bir neçə dəfə fərqli sahələrdə işləyən Loni narkotik asılılığına görə işdən qovulub və çarəni küçələrdə yaşamaqda görüb. O indi heç kimdən yardım almaq istəmir. “Zibilliklərdə hər şey var” deyir. 

# 52431
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar