“Gönül dağı” serialında iki qadın arasında seks qalmaqalı – Məhkəmə qərarı
26 aprel 2024 10:41 (UTC +04:00)

“Gönül dağı” serialında iki qadın arasında seks qalmaqalı – Məhkəmə qərarı

Keçən ilin avqust ayında TRT 1-də yayımlanan “Gönül dağı” serialının çəkiliş meydançasında iki qadın set işçisi arasında baş verən və ədliyyəyə gətirilən təcavüz işi haqqında son qərar verilib.

Lent.az-ın xəbərinə görə, böyük izləyici kütləsi olan “Gönül dağı” ötən avqust ayında xoşagəlməz bir məsələ ilə gündəmə gəlmişdi.

Saç ustası köməkçisi Zeynep Çetinkaya onu dodaqlarından öpmək istəyən makiyaj ustası Kardelen Özbekə qarşı iddia qaldırıb. Bildirib ki, qadın daim ona qarşı seksual xarakterli təcavüz hərəkətlərinə yol verib.
Bu iddianı qaldırdıqdan sonra işdən çıxarılan Zeynep Çetinkaya Sivrihisar Asliye Cəza Məhkəməsi tərəfindən haqlı çıxıb.

Kino Televiziya Birliyi açıqlamasında, yaşadığı təzyiqləri dilə gətirməsinə və şikayət etməsinə baxmayaraq, haqsız yerə işdən çıxarılan Zeynep Çetinkayanın yanında olduğunu bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5886
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar