Qamış niyə hər işə  qəmiş   olur?   - Belə yaranıb
25 aprel 2024 14:10 (UTC +04:00)

Qamış niyə hər işə qəmiş olur? - Belə yaranıb

El dilində  qamışla (qəmiş) bağlı maraqlı ifadələr işlədilir. “Qəmişini çək!”, “Boyuna qamış ölçüm”, “Hər işə bir qəmiş qoymaq”.

Niyə məhz qəmiş? Qəmiş kimi adi bir bitkini bu qədər mühüm edən səbəb nə idi?

Lent.az  “Belə yaranıb” rubrikasında bu ifadələrin necə yaranmasına aydınlıq gətitir.

Qamiş hər yerdə çox rahatlıqla bitən, yabanı çöl bitkisidir. Ondan həsir, çətən, səbət, süpürgə kimi məişət əşyaları hazırlanardı. Necə deyərələr, əsl kasıb malı. Bəzi bölgələrdə ona qamış, bəzi bölgələrdə isə qəmiş deyirlər.

Öncə “Qəmişini çək”dən başlayaq. Şərq ölkələrində kasıblar imkanları çatmadığı üçün qəlyan çəkilən məkanlara daxil ola bilməzdilər. Ona görə qəlyanxananın pəncərəsindən içəriyə uzun qamış uzadar, içəriyə dolan tüstünü ciyərlərinə çəkərdilər. Bəzən qəlyanxananın qapısından , pəncərəsindən o qədər çox qamış uzadardılar ki, içəridəki xidmətçilərin hərəkətinə mane olardı. Buna görə tez-tez  üzlərini çölə tutub “Qəmişini çək, işimə mane olma” deyib qışqırardılar.

 O vaxtdan da biri başqasının işinin içinə girib, havayı ortaqlı eləmək istəyəndə, mane olanda “qəmişini çək” ifadəsi işlədilməyə başlayıb.

“Boyuna qamış ölçmək” istəyi qarğışdır, yəni sən öləsən, boyunun ölçüsünü qamışla götürüb kəfənini kəssinlər, qəbrini qazsınlar deməkdir. Meyitin boy ölçülərini bəzi kəndlərimizdə indi də qamışla almaq ənənəsi yaşayır. Adətən  uzun qamışlar qəbirqazanlar, kəfən kəsənlər tərəfindən ölçü aləti olaraq istifadə olunurdu.

“Hər işə bir qəmiş qoymaq” adətən mız qoymaq, bəyənməmək, qurulmuş işi pozmaq anlamında işlədilir. Qədimlərdə  kiçik qamış parçaları həm say çöpü kimi istifadə olunur, həm də onlardan fit  düzəldirdilər. Kimsə qamış parçaları ilə müəyyən həddə gəlib çatanda bir qamış artıq-əskik düşərdisə, haq-hesab itərdi. Ona görə də “ qəmiş qoyma” deyimi işlənərdi. Zaman içində qəmişdən düzələn fitlər, tütəklər də bu ifadəni gücləndirdi.  Birinin işinə qəmiş qoymaq demək onun xəbərini aləmə yaymaq, işini pozmaq, dilə-dişə salmaqla əngəlləmək anlamını verdi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10456

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37