Hər ölkənin öz həyat–tərzi var. Bəzən öz ölkəmizdə bizə normal olan davranış, hansısa ölkədə qadağandır. Ona görə xarici səfərlər zamanı problem yaşamamaq üçün gedəcəyiniz ölkəni araşdırın.
Lent.az xarici ölkələrdə bilmədiyimiz qadağaları təqdim edir:
Tailand
Dünyanın hər yerində sol əldə çəngəl, sağ əldə bıçaq tutulur. Amma Tailandda demək olar ki, bütün yeməklər qaşıqla yeyilir, çəngəl isə yalnız yeməyi qaşığa qoymaq üçün yardımçı vasitədir.
İtaliya
Əgər bir yemək dadlıdırsa, onu əl hərəkətimizlə göstəririk: barmaqları birləşdirib, əli aşağı-yuxarı hərəkət elətdirirk. Bu hərəkəti İtaliyada eləmək qadağandır. Mənası söyüşə bərabər olan hərəkəti italiyanlar hirslənəndə edirlər.
Gürcüstan
Gürcüstanda süfrədə şərabı az-az içmək hörmətsizlikdir. Gürcülər şərabı qədəh toqquşdurandan sonra içirlər.. O zamana qədər heç kim şərab içmir.
Çin
Çində hansısa ailənin çay süfrəsinə qonaq olduqdan sonra nəzakət xətrinə çaydanı yumaq fikri ağlınızdan keçməsin. Çinlilərə görə çaydanın çaya dad qatan ruhu var və onu yumurlar. Sadəcə sudan keçirib, havada qurudurlar.
Yaponiya
Yaponiyada yeməklərin çubuqla yeyildiyi hər kəsə məlumdur. Çubuqları yeməyin üzərinə dik saxlayıb, süfrədən qalxmaq olmaz. Bu hərəkət yas məclislərində edilir və qonaq getdiyiniz ev sahibinə təhqirdi.
Kanada
Kanadada qəhvə içdikdən sonra fala baxmaq cinayətdir.
Qazaxıstan
Qazaxıstanda qonağa çay stəkanın yarısına qədər süzülür. Bunun mənası ev sahibi sizin getməyinizi istəmir, söhbətinizin davam etməsini və sizə tez-tez isti çay hazırlamaq istəyir. Əgər, stəkanınıza tam halda çay süzülərsə, o zaman getmə vaxtına işarə edilir.