"Həzz İn" restoranının qarşısında əkilmiş ağacların qurudulması ilə bağlı sakinlər lazımi qurumlara müraciət etsələr də cavab olaraq , əraziyə baxış keçirilib, ağacların dibi açıqdır, kök hissəsi bioloji inkişafdadır deyilib.
Lent.az xəbər verir ki, bu məsələ APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb. TV-nin əməkdaşı bildirir ki, qaynar xəttə gələn problemlə bağlı Məhəmməd Hadi 366 ünvanına gediblər:
- Kamera qarşısında müsahibə vermək istəməsələr də sakinlər bildirirlər ki, ağacların dibinə beton tökülüb və bu da onların qurumasına səbəb olur. Onların iddialarına görə, ağacların kökü ərazidə yerləşən "Həzz İn" restoranının əməkdaşları tərəfindən məqsədli şəkildə qurudulur.
Məsələ ilə bağlı ərazidə yerləşən restoranın əməkdaşları ilə əlaqə saxladıq. Bildirildi ki, ağaclarla bağlı onlar tərəfindən hər hansı narahatlıq yoxdur və hazırda ağacların suvarılması işini özləri həyata keçirirlər.
Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.