Azərbaycanda ŞOK  hadisə: Müəllim dərsə ilan gətirdi - VİDEO
16 aprel 2021 15:30 (UTC +04:00)

Azərbaycanda ŞOK hadisə: Müəllim dərsə ilan gətirdi - VİDEO

Azərbaycan məktəbində müəllim dərsə ilan gətirib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Naxçıvanda baş verib.

Ordubad rayonunda orta məktəb müəllimi dərs zamanı sinifə ilan gətirib. Müəllim dərsdə şagirdlərə ilanlar haqda məlumat verərək onların dərsi daha yaxşı qavramaları üçün əyani vəsait kimi canlı ilandan istifadə edib.

Dərsdə şagirdlər tərəfindən lentə alınan video görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Lent.az həmin videonu təqdim edir:

Müəllim dərsə ilan gətirdi

# 8079
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar