Veqanizmi qəbul edən valideynlərin körpəsi ACLIQDAN ÖLDÜ
02 sentyabr 2022 19:33 (UTC +04:00)

Veqanizmi qəbul edən valideynlərin körpəsi ACLIQDAN ÖLDÜ

ABŞ-ın Florida ştatında vegan ana Şeyla O'Liri 18 aylıq oğlu Ezranın qida çatışmazlığı nəticəsində ölümünə görə "qətl"də təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaqı aparan müstəntiqlər ailənin yalnız çiy meyvə və tərəvəz yediyini, uşağın ana südü ilə qidalandığını bildiriblər. 

Lakin 18 aylıq Ezra dünyasını dəyişəndə 7 aylıq və cəmi 8 kiloqram çəkiyə malik idi. Həkimlər qeyd ediblər ki, körpə həyatının son həftəsində ümumiyyətlə qidalanmayıb. Bildirilib ki, vegan qadının digər iki övladı və əri, 3 və 5 yaşlı Rayan Patrik O'Liri də qida çatışmazlığına məruz qalıb.

Uşaqların anaları tərəfindən əsasən manqo, banan, avokado və tropik rambutan meyvələri ilə qidalandığı bildirilir. 

Cütlüyün körpənin ölümündən bir qədər əvvəl ağlamasına biganə qaldıqları məhkəmə materiallarında da öz əksini tapıb. Körpənin son vəziyyətini "həmişə ağlayan zəif uşaq" olaraq təyin edən prokurorlar vegan ananın Ezranın fəryadlarına məhəl qoymadığını və uşağın sümüklərinin çıxdığını anlamaq üçün tərəziyə ehtiyac duymadığını vurğuladılar. 

Polisin verdiyi məlumata görə, Ezra nəfəs almaqda çətinlik çəkəndə ana südü ilə qidalanırdı.
Üç övladının ən kiçiyini qida çatışmazlığından itirən və digər ikisini xəstələndirən valideynlər Şeyla və Rayan Patrick O'Liri indi buna görə həbsdədirlər. Atanın da ağır cəza alacağı deyilir.

Əri və ailəsi ilə ciddi veqan pəhrizinə riayət edən Şeyla O'Liri iyun ayında 6 cinayətdə təqsirli bilinib. Vegan qadınEzranın ölümü və digər iki uşağının qidalanmaması ilə bağlı ağırlaşdırılmış uşaq istismarında günahkar bilinib. 

Bu işdə vegan ananın cəzası əvvəllər dörd dəfə təxirə salınmışdı. Ata Ryan Patrick O'Liri hazırda həbsxanadadır və eyni ittihamlarla məhkəməni gözləyir. Məhkəmə sənədlərinə görə, Sheila O'Lirinin başqa bir kişidən olan ilk övladı daha əvvəl, yenə qida çatışmazlığı səbəbindən atasına qaytarılmışdı. Atası ilə birlikdə yaşayan oğlanın səhhətinin yaxşı olduğu bildirilir.

Məlumat üçün bildirək ki, veganizmi qəbul edənlər qətiyyən ət yemirlər, heyvan mənşəli bütün məhsulları da rədd edirlər, yalnız tərəvəz, paxlalılar və meyvələr yeyirlər.

1944-cü ildə britaniyalı fəal Donald Uotson "Veqan cəmiyyəti" adlı qeyri-kommersiya təşkilatı qurub. O, veqanizmin heyvanlar aləminin istismarının bütün formalarını rədd edən və bitkilər aləminin məhsulları ilə yaşam tərzi olduğunu deyirdi. 

Amma ekspertlər hesab edir ki, sağlam və balanslı qidalanmada zülal qəbul etmək vacibdir və bunun yolu heyvani qidalardan istifadə etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2805
avatar

Fidan İlqar

Oxşar yazılar