Uşaqların düzgün yuxu rejimi   necə olmalıdır?
07 mart 2022 18:17 (UTC +04:00)

Uşaqların düzgün yuxu rejimi necə olmalıdır?

Normal yuxu rejimi insanın əsəbinə, sağlamlığına nə dərəcədə təsir edirsə, körpələrin böyüməsinə də bir o qədər təsir edir.

Balacaların yuxularının normal olması onların sağlam və tez böyüməsinə yardım edir. Ona görə də uşaqların yuxu rejimini daim nəzarətdə vacibdir. Yeni doğulmuş körpələrə gündəlik qidalanmadan çox, normal yuxu rejimi daha vacibdir və onların tez böyüməsində bu çox önəmlidir.

Lent.az uşaqların düzgün yuxu rejimini sizə təqdim edir:

1 aylıq uşaq 20-21 saat, 2 aylıq 18 saat, 3-4 aylıq 16 saat, 5-6 aylıq  15 saat, 7-12 aylıq uşaqların isə 13 saat yatması vacibdir. 

1 – 2 yaş arası uşaqlar gündüz saatlarında 2-3 saat arası, axşam 10-11 saat yuxu yatmalıdır. 

2 – 7 yaş arası uşaqlar isə gündüzlər 2- 2.5 saat, axşamlar isə 10-11 saat yuxularını almalıdırlar.

7 yaşdan yuxarı uşaqların günorta heç olmasa saat yarım yatması məsləhətdir. Çünki uşağın  yuxu rejimi körpəlikdən normada olmalıdır. Belə halda onların adətən əsəbləri sakit olur. Analar əsasən körpələri eyni saatda yatmalarına diqqət etsələr, onlar buna daha tez vərdiş edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4860
avatar

Sevinc Fərid

Oxşar yazılar